“Region Liqası”nın püşkü atıldı

13:19 28 Sentyabr 2018

“Region Liqası”nın 2018/19 mövsümünün püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkatma mərasimi 4 şəhərdə - Bakıda (AFFA Futbol Akademiyas), Sabirabadda (Gənclər evi), Gəncədə (Şəhər stadionu) və Lənkəranda (Gənclər və İdman İdarəsinin binası) keçirilib.

 

Püşkatmalarda AFFA-nın İcraiyyə Komitəsinin üzvləri, Məşqçilər Komitəsinin üzvləri və regional futbol federasiyalarının və iştirakçı komandaların nümayəndələri iştirak edib.

 

Liqanın oyunlarına oktyabrın 6-da start veriləcək. Oyunlar iki dövrədən ibarət olacaq və dairəvi (ev-səfər) sistemlə keçiriləcək. Hər regiondan ilk 3 yeri tutan komanda növbəti mərhələyə yüksələcək.

 

Məlumat üçün qeyd edək ki, “Region Liqası”nın 4 zona üzrə (Paytaxt və Şimal, Cənub, Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək oyunlarında 27 komanda mübarizə aparacaq. Eyni zamanda 9 komandanın iştirakı ilə Naxçıvan Muxtar Respublikası üzrə “Region Liqası” turniri təşkil ediləcək.
 

Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda yarımfinal mərhələsində iştirak edəcək.

 

Turnirin iştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:

 

Bakı və Şimal regionu
Komandalar: Şirvanovka (Qusar), Şahdağ (Qusar), Uğur Sumqayıt, FC Baku, Şıxlar (Qobustan), Tufan, Gənclik İK.

 

1-ci turun oyunları
Tufan - Şirvanovka (Qusar)
Şıxlar (Qobustan) - Şahdağ (Qusar)
Gənclik İK – FC Baku
Uğur Sumqayıt bu tur istirahət edir.

 

Şimal Qərb və Qərb regionu
Komandalar: Göyəzən (Qazax), Energetik (Mingəçevir), Qoşqar UGİM-2 (Gəncə), Şəki, Oğuz, Kürmük (Qax), Şirvan (Ağdaş).

 

1-ci turun oyunları
Göyəzən (Qazax) - Qoşqar UGİM-2 (Gəncə)
Kürmük (Qax) - Şirvan(Ağdaş)
Oğuz – Energetik (Mingəçevir)
Şəki bu tur istirahət edir.
 

 
Mərkəz regionu
Komandalar: Şamaxı, Araz (Saatlı), Gənclik (Sabirabad), İmişli, Füzuli, Kürdəmir, Ağsu Siti.

 

1-ci turun oyunları
Kürdəmir - İmişli
Ağsu Siti – Şamaxı
Araz (Saatlı) – Gənclik (Sabirabad)
Füzuli bu tur istirahət edir.
 
 

Cənub regionu
Komandalar: Alyans, Ümid (Cəlilabad), Astara, Ərkivan (Masallı), Salyan, Neftçala.

 

1-ci turun oyunları
Astara - Salyan
Ərkivan (Masallı) - Ümid (Cəlilabad)
Alyans - Neftçala


Digər xəbərlər

Xəbər xətti