Yoahim Löv: "Özillə görüşmək, danışmaq istəyirəm"

14:22 28 Sentyabr 2018

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Məsut Özilin onunla görüşmək istəməməsinə münasibət  bildirib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi  açıqlamasında yaranan vəziyyətdən üzgün olduğunu bildirib: “O, bizimlə danışmaq istəmir. Bu məni məyus edir. Çünki uzun müddət onunla bir yerdə çalışmışıq. Təbii ki, Özillə görüşmək, danışmaq istəyirəm. O, hələ də mənim ürəyimdədir”.

 

Xatırladaq ki, FİFA-nın təşkil etdiyi “The Best” mükafatlandırma tədbirinə gedən Löv Almaniya millisinin sabiq üzvü ilə görüşmək istəsə də o, görüşdən imtina edib.


Xəbər xətti