"Qarabağ"la oyun Özil üçün əlamətdar ola bilər

16:25 28 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Qarabağ"la oyunu "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil üçün əlamətdar ola bilər.

 

Sportarena.az xəbər verir ki, Türkiyə əsilli alman yarımmüdafiəçi Ağdam klubuna qarşı oynasa, bu, onun avrokuboklarda 100-cü qarşılaşması kimi tarixə keçəcək.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-də saat 20:55-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti