Yelizaveta Səmədova: "Ən əsas azarkeşlərin dəstəyi və inamıdır"

12:36 29 Sentyabr 2018

Dünya Çempionatında mübarizəyə başlayan Azərbaycanın qadın voleybolçulardan ibarət millisi ilk oyununu ABŞ yığmasına qarşı keçirəcək. 

 

Sportarena.az xəbər verir ki, komandamız C qrupunda yer alıb. Rəqiblərimiz isə ABŞ-la yanaşı, Rusiya, Cənubi Koreya, Taylanda və Trinidad və Tobaqodur. Millimizin hücum xəttində böyük ümidlər bəslənilən Yelizaveta Səmədova mundial ilə bağlı fikirlərini bölüşüb: 2014-cü ildə İtaliyada keçirilən Dünya Çempionatına mən də milli komandanın tərkibində yollanmışdım. Sadəcə olaraq o vaxt mən yalnız tribunadan oyunları izləyirdim. Amma bu gün, 4 il sonra mən milli komandanın heyətində ölkəmizi Dünya Çempionatında təmsil edirəm. Biz böyük inamla seçmə mərhələdə rəqiblərimizə qalib gələrək mundiala vəsiqəni təmin etdik.

 

Hücumçumuz yığmamızın yarışdakı şanslarını da dəyərləndirib: “Bu yarışa gedən yolda deyərdim ki, biz komanda olaraq çox təlim-məşqlər keçirdik, çox yoldaşlıq görüşü oynadıq və yarışda ilk olaraq sonuncu dünya çempionu ABŞ millisi ilə qarşılaşacayıq. İndi hamı hər halda düşünür: həyəcanlıyıqmı? Qalib gələ biləcəyikmi? Mənim fikrimcə hər bir oyunçu qələbə üçün meydançaya çıxır. Biz də əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq. Amma ən əsas bizə bizi sevən, izləyən azarkeşlərin dəstəyi və inamıdır”.


Digər xəbərlər

Xəbər xətti