Ronaldu zorlanma iddiasına cavab verdi

12:57 29 Sentyabr 2018

Məşhur futbolçu Kriştianu Ronaldu sosial şəbəkə hesabında zorlama ittihamlarına cavab verib. 

 

Sportarena.az xəbər verir ki, idmançı xəbərlərin yalan olduğunu deyib. "O, mənim adımla özünə şöhrət qazanmaq istəyir. Belə vəziyyət mənim işimin bir hissəsidir",- deyə o bildirib.

 

“Reuters” xəbər verir ki, idmançının vəkilləri bununla bağlı məhkəməyə müraciət hazırlayır.  Xatırladaq ki, futbolçunu amerikalı Ketrin Mayorqi ittiham edib.

 

28 sentyabrda ilk dəfə zorlanma iddiasını səsləndirib. Dediyinə görə, hadisə 2009-cu ildə olub. İddiaya görə, daha sonra idmançı ona "sus payı" olaraq 375 min dollar verib.


Xəbər xətti