Dele Alli daha 4 il "Tottenhem"də!

15:00 29 Sentyabr 2018

"Tottenhem" futbolçusu Dele Alli ilə yeni müqavilə barədə razılığa gəlib.

 

Sportarena.az xəbər verir ki, London klubunun İngiltərə millisinin üzvü ilə danışıqları uğurlu alınıb. Tərəflər arasında 2022-ci ilə qədər müqavilə imzalanacaq. Klubun yaxın günlərdə bununla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.

 

Qeyd edək ki, 2015-ci ildən "Tottenhem"də çıxış edən 22 yaşlı yarımmüdafiəçi Premyer Liqada 111 oyunda 38 qol vurub.


Digər xəbərlər

Xəbər xətti