“Qarabağ” - “Arsenal”: Nə qədər bilet satılıb?

15:58 29 Sentyabr 2018

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la İngiltərənin “Arsenal” klubu arasındakı oyuna bilet satışı davam edir.

 

Sportarena.az Ağdam klubunun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, artıq satılan biletlərin sayı 37 mini keçib.

 

Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-di.

 

"Qarabağ" - "Arsenal" matçı oktyabrın 4-də keçiriləcək və saat 20:55-də başlayacaq.

 

“Qarabağ” Avropa Liqasının ilk turunda keçirdiyi oyunda səfərdə “Sportinq”ə 0:2 hesabı ilə uduzub.


Xəbər xətti