DÇ-2018: Millimiz mundiala məğlubiyyətlə başladı

16:43 29 Sentyabr 2018

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Yaponiyada təşkil olunan Dünya Çempionatında ilk oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, C qrupunda yer alan komandamız 1-ci turda ABŞ yığması ilə qarşılaşıb. Görüş gözlənidiyi kimi rəqibin qələbəsi ilə başa çatıb. Bununla belə, voleybolçularımız oynanılan hər üç setdə son dünya çempionuna ciddi müqavimət göstəriblər. Lakin son anllarda buraxılan səhvlər komandamızın məyus olması ilə nəticələnib. 3 hissə davam edən görüşdə Faiq Qarayevin yetirmələri quru hesablı məğlubiyyətlə üzləşiblər.

 

Qeyd edək ki, millimiz 2-ci oyununu sabah keçirəcək. Sentyabrın 30-da komandamız Cənubi Koreya kollektivi ilə üz-üzə gələcək.

 

DÇ, qadınlar

C qrupu

I tur

   Azərbaycan – ABŞ 0:3 (27:29, 21:25, 21:25)


Xəbər xətti