Frederiko: “Bu gün qol vurmağı çox istəyirdim”

16:26 30 Sentyabr 2018

“Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Səbail” üzərində qazandıqları qələbəni klubun rəsmi saytı üçün şərh edib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu növbəti qarşılaşmalarda da yaxşı oyun göstərib, çempionluq uğrunda mübarizə aparmaq istədiklərini bildirib:

 

“4:0 çox xoşagələn hesabdı. Bu gün daha güclü idik və bu, nəticədə də öz əksini tapdı. Komandanın qələbə qazanmasının daha önəmli olmasına baxmayaraq, bu gün qol vurmağı çox istəyirdim. Sevinirəm ki, iki dəfə buna nail oldum. Növbəti qarşılaşmalarda da yaxşı oyun göstərib, ən yüksək yer uğrunda mübarizə aparmaq istəyirik”.


Digər xəbərlər

Xəbər xətti