Eddi İsrafilov üçün 90 dəqiqə və 3 xal

12:12 1 Oktyabr 2018

Futbol üzrə İspaniya Sequndasında 7-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Real Ovyedo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 2:0. İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Hazırda 14 xala malik “Alkorkon” 22 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti