“Real”ın jesti İsraili qəzəbləndirdi - FOTO

13:19 1 Oktyabr 2018

Madridin “Real” futbol klubu Fələsitin müqavimət hərəkatının simvolu olan Ahed Tamimini qəbul edib. 

 

Sportarena.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub rəhbərliyi ona “Real”ın yazılı formasını hədiyyə edib.  Qeyd edək ki, İsrail həbsxanasında 8 ay saxlandıqdan sonra iyul ayında azadlığa buraxılan Tamimi ailəsi ilə birlikdə İspaniyaya gəlib. O, La Liqanın 7-ci həftəsində oynanılan “Real”-“Atletiko” matçından öncə klub rəhbərliyi tərəfindən qəbul edilib. “Santyaqo Bernabeu”da baş tutan qəbulda “Real”ın xarici əlaqələr şöbəsinin müdiri Emilyo Butraqenyo Tamimiyə klubun formasını təqdim edib.

 

“Real” klubunun bu hərəkəti İsrail rəsmilərinin narazılığına tuş gəlib. Verilən açıqlamada  klubun bu hərəkətinin “utancverici olduğu” bildirilib. İsrail yetkililəri Tamiminin müqavimət simvolu deyil, “nifrət və zorakılığı dəstəkləyə bir terrorçu” olduğu vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti