Ayaz Quliyevli “Rostov” “Spartak”a qalib gəldi

13:40 1 Oktyabr 2018

Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək oynayıb.

 

“Rostov” geridə qalan 9 turdan sonra 18 xalla 3-cü pillədə qərarlaşıb.

 


Xəbər xətti