Namiq Ələsgərov 100-ə çatdı

Sportarena.az      1 Oktyabr 2018, 15:23

Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərov ölkə çempionatlarında 100-cü oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının VI turunun “Səbail”lə ev matçına təsadüf edib.

 

Premyer Liqada 2011/12 mövsümündə, yetirməsi olduğu “Bakı”nın heyətində debüt edən yarımmüdafiəçi “zolaqlılar”ın forması ilə 19 matçda 2 dəfə fərqlənib. “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol) çempionat oyununda iştirak edən Ələsgərov indiki klubunda həm daha çox görüşə çıxıb, həm daha çox qol vurub – 41 matçda 7 top.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin