DÇ-2018: Azərbaycan Rusiyaya qarşı

20:53 1 Oktyabr 2018

Yaponiyada təşkil olunan qadın voleybolçular arasında Dünya Çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan millisi üçün bu gün istirahət günüdür. C qrupunda yer alan komandamız mundialın 3-cü turunda Rusiya ilə üz-üzə gələcək. İlk turda ABŞ-a quru hesabla uduzan millimiz daha sonra Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub edib və hazırda 3 xala sahibdir. Rusiya isə ilk turda Trinidad və Tobaqonu 3:0, 2-ci turda isə Taylandı 3:2 hesabı ilə məğlub edib. Şimal qonşumuzun komandasının hesabında 5 xal var. 

 

Sabah baş tutacaq görüş komandamız üçün mühüm əhəmiyyət kəsb edir. Görüşün favoriti ruslar hesab olunsalar da, Faiq Qarayevin yetirmələrinin sonadək mübarizə aparıb qələbə qazanmağa çalışacaqları şübhəsizdir. 

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 9:40-da start götürəcək.

 

DÇ, qadınlar

2 oktyabr

C qrupu

III tur

 

9:40 Rusiya - Azərbaycan 


Digər xəbərlər

Xəbər xətti