İsveçdə azərbaycanlıların şahmat turniri təşkil olunub

22:02 1 Oktyabr 2018

İsveç Krallığının Yöteburq şəhərində “Batı Yötaland Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən Azərbaycan Kültür və İdman Dərnəyinin təşkilatçılığı ilə şahmat turniri keçirilib. 

 

Sportarena.az xəbər verir ki, İsveçdəki azərbaycanlılar arasında ilk dəfə belə bir şahmat yarış təşkil olunur. Yarışda İtaliyada yaşayan həmyerlimiz, beynəlxalq şahmat ustası Mirağa Ağayev turnirin fəxri qonağı olub və şahmat seansı keçirib. Yarışlar 2 bölmə üzrə-uşaq və böyüklər arasında davam edib. Sonda qaliblər hədiyyə və diplomlarla təltif ediliblər. Yarışmada “Mərkəz” Partiyasından Partille bələdiyyəsinə üzv seçilmiş Turan Əliyev çıxış edərək iştirakçıları təbrik edib. 

 

“Batı Yötaland Azərbaycan Evi” nəzdində fəaliyyət göstərən Azərbaycan Kültür və İdman Dərnəyi 3 ildir Azərbaycan Cümhuriyyətinin ildönümü ilə əlaqədar may ayının 27 -si İsveç üzrə futbol yarışması keçirir. 3 ildir ki, kuboku İsveçin "Linşöping" komandası qazanır. İsveçdə 6 Azərbaycan futbol komandası vardır. 2014- cü ildə kişilərdən ibarət Azərbaycan nərd yarışması keçirir. Gələn ay İsveç üzrə qadınlardan ibarət nərd yarışması keçirmək nəzərdə tutulur.


Digər xəbərlər

Xəbər xətti