"Real" uduzdu, "Yuventus"dan qələbə

01:08 3 Oktyabr 2018

Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib. "Bavariya" öz meydanında "Ayaks"ı qəbul edib. Münhen klubu matça erkə qolla başlasa da, yekunda meydanı 1 xalla tərk edib - 1:1. Turnirin son qalibi "Real" Rusiyada SSKA-nın qonağı olub. Artıq 2-ci dəqiqədə rəqib qapısına yol tapan "hərbçilər" sona kimi qələbə hesabını qorumaöa müvəffəq olub."Mançester Siti" Almaniyada "Hoffenhaym"la qarşılaşıb. Almanlar 44-cü saniyədə hesabı açsalar da, sonda 3 xal "şəhərlilər"ə qismət olub - 2:1."Yuventus" Turində "Yanq Boyz"u sınağa çəkib. Dibalanın het-triki italyanlara qələbə qazandırıb.

 

Qeyd edək ki, 2-ci tura sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.

 

2 oktyabr


E qrupu

 

AEK (Afina, Yunanıstan) - "Benfika" (Portuqaliya) 2:3
Qollar: Haris Seferoviç, 6 (0:1), Aleks Grimaldo, 15 (0:2), Klonaridis, 53 (1:2); 63 (2:2), Semedo, 74 (2:3)

 

"Bavariya" (Münhen, Almaniya) - "Ayaks" (Hollandiya) 1:1                                                                                                                                                                                                       Qollar: Mats Hummels, 4 (1:0), Nosair Mazraoui, 22 (1:1)

 

F qrupu 

"Hoffenhaym" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: Belfodil, 1 - Aquero, 7; Silva, 87

 

"Lion" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:2
Qollar: Moraes, 44 (0:1); 55 (0:2), Dembele, 70 (1:2), Dubois, 72 (2:2)


G qrupu 

 

MOİK (Moskva, Rusiya) - "Real Madrid" (İspaniya) 1:0
Qol: Nikola Vlasiç, 2

 

"Roma" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) 5:0 
Qollar: Edin Dzeko, 3, 40, Ündər, 64, Kluyvert, 73, Dzeko, 90+2

 

H qrupu 

"Yuventus" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 3:0
Qollar: Dibala, 5, 34, 69

 

"Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya) - 0:0


Xəbər xətti