Azərbaycan çempionu bu gün ÇL-də mübarizəyə başlayır

13:40 3 Oktyabr 2018

Futzal üzrə Azərbaycan çempionu “Araz” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Slovakiyanın Luçenec şəhərindəki “Sportova Hala Arena”da təmsilçimiz Litva çempionu “Vitis”lə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu İvan Şabanov (Rusiya), Sven Eichler (Almaniya) və David Schaerlidən ibarət hakimlər briqadası idarə edəcək. 

 

Qeyd edək ki, oyun bir neçə məqamlarla əlamətdar olacaq. Belə ki, 2008-ci ildə “Araz”ın baş məşqçisi təyin edilən və qısa fasilə istisna olmaqla komandanın ən üzünmüddətli baş məşqçisi olan Joze Alesio təmsilçimizin “sükanı” arxasında 35-ci avrokubok oyununa çıxacaq. İndiyə qədər 34 dueldə komandanın baş məşqçisi olan braziliyalı mütəxəssis “Araz”la 20 dəfə qalib gəlib, 7 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb, 137 top vurub, 89-nu buraxıb.

 

“Araz” klubunun aktivində isə ümumilikdə indiyə qədər 34 avrokubok qələbəsi var. İndiyə qədər 61 oyun keçirən ölkə çempionu 9 qarşılaşmada heç-heçə edib, 18 dəfə məğlub olub. 250 qol vuran “Araz” 167-sini buraxıb.


Digər xəbərlər

Xəbər xətti