Millimiz mundialda növbəti mərhələyə yüksəlib

Sportarena.az      3 Oktyabr 2018, 18:08

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Dünya Çempionatının növbəti mərhələsinə vəsiqəni təmin edib. 

 

Sportarena.az xəbər verir ki, bu, ilkin qrup mərhələsinin yekunlaşmasına 1 tur qalmış rəsmiləşib. Bu gün keçirilən 4-cü tur çərçivəsində Faiq Qarayevin yetirmələri Trinidad və Tobaqolu həmkarları ilə qarşılaşıblar. Qazanılan quru hesablı qələbə sayəsində komandamız 3 xalla bərabər, növbəti qrup mərhələsinə daha da yaxınlaşıb. Bir qədər əvvəl başa çatan oyunda isə Rusiyanın Cənubi Koreyanı xalsız qoyması isə komandamızın ikinci qrup mərhələsinə adlamasını rəsmiləşdirib.

 

Qeyd edək ki, sabah baş tutacaq son turda millimizin Taylanda qarşı keçiriləcək oyununda isə hansı komandanın neçənci yerin sahibi kimi növbəti mərhələyə yüksələcəyi müəyyənləşəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin