“Yuventus” yeni rekorda imza atıb

21:00 3 Oktyabr 2018

İtaliya çempionu “Yuventus” yeni rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda doğma meydanda “Yanq Boyz”u 3:0 hesabı ilə məğlub edən Turin təmsilçisi cari mövsümün startından bəri ardıcıl 9-cu qələbəsini qazanıb.Bu, Turin klubunun tarixində yeni rekorddu. Buna qədər sözügedən komanda ən yaxşı halda mövsümə ardıcıl 8 qələbə ilə start vermişdi. 1930/1931 mövsümündə “Yuve” 9-cu görüşdə “Napoli”yə 1:2 hesabı ilə uduzmuşdu.

 

Qeyd edək ki, cari mövsüm “Yuventus” “A” seriyasında 7, ÇL-də isə 2 qələbə qazanıb.


Xəbər xətti