"Arsenal" Bakıdadır - VİDEO

18:22 3 Oktyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın qonağı olacaq “Arsenal” artıq Bakıdadır.
 

Sportarena.az xəbər verir ki, komandanı gətirən təyyarə təxminən saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. London təmsilçisini hava limanında onlarla azarkeş qarşılayıb. “Topçular” oradan birbaşa Bakı Olimpiya Stadionuna yollanıblar.

 

Qeyd edək ki, sabah BOS-da keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu 21:00-da start götürəcək. 


Xəbər xətti