“Araz” Çempionlar Liqasına məğlubiyyətlə başladı

10:33 4 Oktyabr 2018

Azərbaycanın “Araz” futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “Araz” Slovakiyanın Luçeneç şəhərindəki “Sportova Hala Arena”da Litva çempionu “Vitis”lə qarşılaşıb. Azərbaycan çempionu bu görüşdə minimal hesabla məğlub olub.

 

“Araz” oktyabrın 4-də “Valletta” (Malta), iki gün sonra “Luçeneç”lə (Slovakiya) üz-üzə gələcək.

 

Çempionlar Liqası

Əsas mərhələ

3 oktyabr

 

Araz (Azərbaycan) - Vitis (Litva) 0:1
Qol: Rafa, 26.

Hakimlər: İvan Şabanov (Rusiya), Sven Eiçler (Almaniya), David Şaerli (İsveçrə)

 

Araz: 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 1. Emin Kürdov (q), 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev, 15. Adəm Həbibov, 18. Adil İsmayılov, 20. Kənan Manafov.

 

Vitis: 2. Rodrigues Vosilly Alves (q), 6. Medeiros Rodrigues Rafael, 11. De Lima Soares Aleksander, 12. Kleber Lima Santos Ericson, 16. Sezar Vieira Dos Santos İsaak, 1. Micels Tomas (q), 7. Genigle Delmiro Lima, 9. Zagurskas Justins (k), 10. Jeremejev Jurij, 14. De Souza Matsumoto Luiz Henrique, 15. Arsenyj Buinicky, 17. Barbosa Dos Santos Vagner, 18. Sendzikas Lukas, 20. Albert Voskunoviç.


Xəbər xətti