“Qarabağ”dan azarkeşlərə müraciət

12:57 4 Oktyabr 2018

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubuna qarşı keçirəcəyi ev oyunu öncəsi azarkeşlərə müraciət ünvanlayıb.

 

Sportarena.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub: “Qarabağ” - "Arsenal"la matçının keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə - saat 17:55-də açılacaq. Azarkeşlərimizdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur”.

 

“Qarabağ” - “Arsenal” matçı saat 20:55-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti