"Barselona"dan dünya rekordu

14:41 4 Oktyabr 2018

“Barselona” 2017/2018 mövsümündə əldə etdiyi illik gəliri açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin illik gəliri 1 milyard 500 min avro olub. Bu göstərici dünya rekordu sayılır. Klubun xalis gəliri 12,67 milyon avro təşkil edib.

 

Qeyd edək ki, "Barsa" 2017/2018 mövsümündə İspaniya çempionu olub, İspaniya kubokunu qazanıb və Çempionlar Liqasında 1/4 finala qədər irəliləyib.

 


Xəbər xətti