Malta yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:25 4 Oktyabr 2018

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Malta millisinin heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Millətlər Liqasında Kosovo və Azərbaycan yığmaları ilə oyunlar üçün Malta millisinə 24 futbolçu dəvət olunub:

 

Qapıçılar: Anri Bonello ("Valletta"), Endryu Hoqq ("Hibernians"), Stiv Sultana ("Baltsan");

 

Müdafiəçilər: Andrey Acus, Jozef Mbonq (hər ikisi "Hibernians"), Ferdinando Apap ("Viktoria Hotspurs"), Keyn Attard ("Birkirkara"), Stiv Borq, Rayab Kamilleri, Jozef Zerafa (hamısı "Valletta"), Kleyton Faylla ("Floriana"), Maykl Conson ("Baltsan");

 

Yarımmüdafiəçilər: Roderik Briffa, Xuan Korbalan (hər ikisi "Qzira Yunayted"), Pol Fenek, Ceyk Qrek (hər ikisi "Birkirkara"), Byorn Kristensen ("Hibernians"), Rouen Muskat ("Valletta"), Stiven Pizani ("Floriana");

 

Hücumçular: Endryu Koen ("Qzira Yunayted"), Alfred Effionq ("Baltsan"), Jan-Pol Farruciya ("Slima Uonderers"), Maykl Mifsud ("Birkirkara"), Andre Şembri ("Apollon", Kipr).

 

Malta millisi oktyabrın 11-də evdə Kosovo, 14-də isə səfərdə Azərbaycanla qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti