İraq millisi AAAF Parkda təlim-məşq toplanışına başlayıb - VİDEO

18:28 4 Oktyabr 2018

Ağır atletika üzrə İraq yığma komandası Azərbaycan Ağır Atletika Federasiyasının mərkəzi məşq bazası olan AAAF Park Yaşayış Kompleksində təlim-məşq toplanışına başlayıb. 


Sportarena.az xəbər verir ki, geniş heyətlə Azərbaycana gələn yığma komanda üzvlərinin  məşqi həftəlik plan üzrə davam edir. İraq millisinin məşqçilər heyətinin üzvləri məşq prosesi üçün AAAF Parkda hər bir şəraitin olduğunu dilə gətirərək, qidalanma və istirahət baxımından da problemlərinin olmadığını vurğuladı.


Bildirək ki, bu İraq millisinin AAAF Parkda sayca ikinci toplanışıdır. Bundan əlavə, müxtəlif vaxtlarda Səudiyyə Ərəbsitanı,Oman, Misir və Mərakeş yığma komandaları da təlim-məşq toplanışı üçün AAAF Parkı seçib.


Digər xəbərlər

Xəbər xətti