“Qarabağ” və “Arsenal” oyununda dava düşüb - VİDEO

10:34 5 Oktyabr 2018

Dünən Bakı Olimpiya Stadionunda baş tutan “Qarabağ” – “Arsenal” matçından sonra xoşagəlməz insident baş verib.

 

Sportarena.az xəbər verir ki, oyun sonrası Almaniya millisinin və “Arsenal”ın türk əsilli futbolçu Mesut Özil formasını azarkeşlərə atıb, ancaq futbolsevərlərin formanı bölüşdürə bilməməsi, onlar arasında davaya səbəb olub.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti