Şeydayev üçün yeni baş məşqçi

16:54 5 Oktyabr 2018

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubunun baş məşqçisi Andrey Tixonovla yollarını ayırdığını xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, artıq Premyer Liqa təmsilçisinə yeni baş məşqçi təyin olunub. Samara klubu 50 yaşlı serbiyalı mütəxəssis Miodraq Bojoviçlə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Tixonov uğursuz nəticələrə görə klubdan göndərilib. Belə ki, “Krılya Sovetov” Rusiya Premyer Liqasında 9 turdan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb.

 


Xəbər xətti