Bordin: "Fasilə bizə mənfi təsir edəcək"

22:50 5 Oktyabr 2018

Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Sabah”a 2:0 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.

 

- "Komandamı təbrik edirəm. Say azlığında qalsaq da, əzmkarlıq göstərdik. Bu qələbəni anasını itirmiş Karikariyə həsr edirik. Onu da qeyd edim ki, bizi ilk olaraq məhz Karikari təbrik etdi."

 

-    Emin Mahmudov əvəzetmə istədi.
-    Əzələsini dartdı. Ciddi bir şey yoxdu, sadəcə, risk etmək istəmədik.

 

-    Braliç uzun müddətdən sonra start heyətində göründü və qırmızı vərəqə aldı. Bunun səbəbi hazırlıqsız olması idi?
-    Qırmızı vərəqəni biz yox, hakim verir. Futbolçu qırmızı vərəqə alıbsa, bu, o demək deyil ki, futbolçu pis oynayıb. Braliç yaxşı oynadı. İkinci sarı vərəqə epizodunda zənnimcə, hakim əlini cibinə atmaya da bilərdi.

 

-    İlk dövrə barədə fikirləriniz necədi?
-    Sevindiricidi ki, ilk dövrəni lider kimi qapadıq. Ancaq bütün mübarizə qabaqdadı. Məşqlərdə maksimum çalışacağıq ki, mövqeyimizi qoruyaq. Düşünürəm ki, çempionatda yaxşı komandalarla mübarizə aparırıq və hər birinin şansları yüksəkdi.

 

-    Çempionatda yaranan fasilə komandanıza mübsət, yoxsa mənfi təsir göstərəcək?
-    Zənnimcə, fasilə bizə mənfi təsir edəcək. Çünki komandamız yaxşı forma yığıb. (Sport24.az)


Xəbər xətti