Dənizin komandasından ardıcıl 8-ci qələbə

10:55 6 Oktyabr 2018

Futbol üzrə Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Altay”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Dəniz bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

 

Maksimum nəticə göstərən “Gənclərbirliyi” 8 turdan sonra 24 xalla 18 kollektiv arasında 1-cidi.


Digər xəbərlər

Xəbər xətti