"Qarabağ"ın legioneri milliyə dəvət aldı

13:49 6 Oktyabr 2018

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson İslandiya millisinə dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı qolkiper millisinin Fransayla keçirəcəyi yoxlama oyununa və UEFA Millətlər Liqasında İsveçrəyə qarşı keçiriləcək matça dəvət alıb. İslandiya millisi yoxlama oyununda oktyabrın 11-də son dünya çempionu Fransayla, oktyabrın 15-də isə Millətlər Liqasında İsveçrəylə qarşılaşacaq.

 

Qeyd edək ki, İslandiyanın Millətlər Liqasında 2 turdan sonra xalı yoxdur.


Digər xəbərlər

Xəbər xətti