Ziya Əzizov oynamadı, komandası uduzdu

15:25 6 Oktyabr 2018

Futbol üzrə Hollandiya ikinci liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Almere Siti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

 

“NEK Neymegen” 8 turdan sonra 15 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti