Emeri: “Bütün oyunçulara şans vermək istəyirik"

15:47 6 Oktyabr 2018

“Bizim üçün 2 gündən bir oynamaq problem deyil. Çünki çox oyun keçirmək, çox turnirdə iştirak etmək istəyirik”.
 

Sportarena.az xəbər verir ki, bu sözləri “Arsenal”ın baş məşqçisi Unai Emeri deyib. İspan mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun “Qarabağ”la matçında forma geyinməyən futbolçulara İngiltərə Premyer Liqasının “Fulhem”lə bu günkü görüşündə şans verə biləcəyini bildirib:
 

“Bütün oyunçulara şans vermək istəyirik. “Qarabağ”a qarşı matçda oynamaq imkanı qazanmayan futbolçular “Fulhem”lə görüşdə meydanda ola bilərlər. Amma Bakıdakı matçda oynayanlar bu gün də forma geyinə bilərlər”.
 

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti