"Real"dan növbəti məğlubiyyət -VİDEO

16:30 7 Oktyabr 2018

İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Madrid "Real"ı "Alaves"in qonağı olub. Meydan sahibləri matçın son dəqiqəsində qol vuraraq, 1-0 hesablı qələbəyə seviniblər.

 

La Liqanın turnir cədvəlinə 14 xalla 1 oyun az keçirən "Barselona" başçılıq edir. Eyni xalı olan "Real" və "Alaves" 2-3-cü yerləri bölüşürlər. "Sevilya" 13 xalla 4-cü, "Atletiko" və "Real Betis" 12 xalla  5-6-cı yerləri tuturlar.

 

"Alaves" 1-0 "Real"

Qol: Manu Qarsiya, 90


Xəbər xətti