Paşayev 90 dəqiqə oynadı, komandası qalib gəldi

20:32 7 Oktyabr 2018

Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” doğma meydanda “Çernomorets”ə 3:2 hesabı ilə qalib gəlib. Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb. Pavel 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Aleksandriya” 22 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti