Əsgərovlu “Dauqavpils” 5 cavabsız qolla sevindi

21:26 7 Oktyabr 2018

Futbol üzrə Latviya Birinci Liqasında 20-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.Sözügedən kollektiv səfərdə “Stayçeles Bebri” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 68-ci dəqiqədə əvəzlənib.

 

Vurduğu 25 qolla həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda fərqlənə bilməyib.

 

“Dauqavpils” 20 turdan sonra 52 xalla 12 kollektiv arasında birinci pillədə qərarlaşıb.


Xəbər xətti