Nurməhəmmədovun atası söz verdi: “Ağır şəkildə cəzalandıracağam”

10:34 8 Oktyabr 2018

Qalmaqallı döyüşü ilə gündəmə gələn Həbib Nurməhəmmədovun atası onu cəzalandıracağına söz verib.

 

Sportarena.az xəbər verir ki, bunu Abdulmanaf Nurməhəmmədov özü bildirib.

 

Qeyd edib ki, döyüşdəki davaya görə oğlunu ən sərt şəkildə cəzalandıracaq. Oğlunun həm də məşqçisi olan ata "Mənim komandam həmişə nizam-intizamıyla seçilib. Orda uşaqlar, qadınlar, kənar şəxslər var. Həbibin cəzası ağır olacaq", deyə vurğulayıb.

 

Baş verənlərə görə həm ata, həm də məşqçi kimi özünün də günahkar olduğunu deyən ata Nurməhəmmədov hələlik hansı cəzanı nəzərdə tutduğunu açıqlamayıb.


Digər xəbərlər

Xəbər xətti