İngiltərədə daha bir əfsanə futboldan getdi

11:52 8 Oktyabr 2018

İngiltərə millisinin və "Çelsi"nin sabiq üzvü Con Terri karyerasını başa vurub.  

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı 38 yaşlı müdafiəçi özü verib.

 

Qeyd edək ki, Terri 1998-2017-ci illərdə "Çelsi"nin, 2017/18 mövsümündə isə "Aston Villa"da çıxış edib. Təcrübəli futbolçu 5 dəfə İngiltərə çempionluğu və 5 dəfə ölkə kubokunun, 3 dəfə İngiltərə Liqa kubokunun, 1 dəfə Çempionlar Liqasının və 1 dəfə Avropa Liqasının qalibi olub.  


Xəbər xətti