Messinin ən yaxşı assistenti – Suares

13:13 8 Oktyabr 2018

"Barselona"nın oyunçusu Luis Suares komanda yoldaşı Lionel Messiyə Kataloniya klubunda ən çox qol ötürməsi verən futbolçu olub.

 

Sportarena.az xəbər verir ki, Suares son olaraq La Liqanın 8-ci turunda "Valensiya" ilə matçda (1:1) Messiyə assistentlik edib. Bununla da argentinalı hücumçuya verdiyi qol ötürmələrinin sayını 27-yə yüksəldən L.Suares bu göstəricidə Dani Alveşi geridə qoyub.

 

Qeyd edək ki, hazırda PSJ-də oynayan  D.Alveş "Barsa"da oynadığı dönəmdə L.Messiyə 26 qol ötürməsi vermişdi.


Digər xəbərlər

Xəbər xətti