Ermənistan yığmasında yeni baş məşqçi

16:43 8 Oktyabr 2018

Futbol üzrə Ermənistan yığmasına yeni baş məşqçi təyin olunub.

 

Sportarena.az xəbər verir ki, Ermənistan Futbol Federasiyası bu vəzifəyə Armen Gülbudaqyantsı təyin edib. Son iş yeri "Pünik" olan mütəxəssis daha əvvəl ölkəsində "Alaşkert", "İmpuls" və "Banants"a rəhbərlik edib. 52 yaşlı məşqçi Ermənistanın U-19 və U-21 yığmalarının da baş məşqçisi olub. O, ötən ay istefa verən Vardan Minasyanı əvəz edib.

 

UEFA Millətlər Liqasında D Liqasının 4-cü qrupunda yer alan Ermənistan yığması iki turdan sonra 3 xalla 2-ci sıradadı.


Xəbər xətti