“Keşlə” yoxlama matçı keçirəcək

17:23 8 Oktyabr 2018

Məlum olduğu kimi, futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranıb.

 

Sportarena.az xəbər verir ki, “Keşlə” fasilə müddətində yoxlama matçı keçirməyi planlaşdırır.

 

Belə ki, sözügedən komanda oktyabrın 13-də Birinci Divizon təmsilçisi MOİK ilə qarşılaşacaq. Oyun “ASK Arena”da baş tutacaq.


Xəbər xətti