"Barselona"da ciddi itki

19:44 8 Oktyabr 2018

"Barselona"nın futbolçusu Luis Suares zədələnib.

 

Sportarena.az xəbər verir ki, dizindən problem yaşayan Uruqvay millisinin hücumçusunun fərdi qaydada məşq edəcəyi bildirilib. Onun yığma komandalarının oyunları ilə bağlı yaranan fasilə başa çatdıqdan sonra bərpa olunacağı vurğulanıb. Beləliklə, L.Suares Uruqvay millisində Cənubi Koreya və Yaponiya ilə matçları buraxacaq.

 

Qeyd edək ki, L.Suares bu mövsüm 11 oyunda 3 qol vurub.


Xəbər xətti