“Qəbələ”nin futbolçusu Toqo yığmasına çağırıldı

11:54 9 Oktyabr 2018

Futbol üzrə Toqo millisinin Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Qambiyaya qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Klod Le Roy 23 futbolçuya dəvət göndərib. Onun yığmaya çağırdığı oyunçular arasında "Qəbələ"nin yarımmüdafiəçisi Lalavele Atakora da var. Bu komandalar arasındakı ilk oyun oktyabrın 12-də, növbəti matç isə 4 gün sonra keçiriləcək. Hər iki yığma qrupda keçirdiyi iki oyunda bir xal qazana bilib və 3-4-cü yerləri bölüşrlər.

 

Xatırladaq ki, Qambiya millisinin heyətində də hazırda "Keşlə"nin formasını geyinən Ebrima Sohna çıxış edir. O da bu oyun üçün ölkəsinin yığmasına dəvət alıb.


Xəbər xətti