Pike: "Məni ittiham etmək dəb halını alıb"

14:00 9 Oktyabr 2018

“Barselona”nın müdafiəçisi Jerar Pike “Valensiya” ilə La Liqanın 8-ci turunun oyununda qolla nəticələnən kobud səhvinə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o deyib: “Bəli, mən çox səhv etmişəm, amma qaydasındayam. Çox adam – yeri gəlmişkən, onlar təkcə Madriddə deyil, Barselonada da var – mənə nifrət edir və belə səhvlər etməyimi gözləyir. Hər dəfə qol buraxanda bəziləri üçün məni ittiham etmək dəb halını alıb. Onları başa düşürəm. Bu, futbolun bir hissəsidir. Qoy, fürsətdən istifadə edib sevinsinlər”.

 

Xatırladaq ki, “Valensiya” – “Barselona” oyunu 1:1 hesabı ilə yekunlaşıb. 2-ci dəqiqədə Pikenin kobud səhvindən meydan sahibləri qol vurublar. 


Xəbər xətti