AFFA 4 komandaya texniki məğlubiyyət verdi

16:03 9 Oktyabr 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

Region Liqasında “Alyans” FK – “Neftçala” FK matçının 82-ci dəqiqəsində “Alyans”ın futbolçusu Elvin Quluzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 82-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Emil Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 90+1-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Ədalət Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

Region Liqasında “Araz” (Saatlı) – “Gənclik” (Sabirabad) matçının 45-ci dəqiqəsində “Gənclik”in futbolçusu Rəsul Sadıqlı və “Araz”ın futbolçusu Asəf Rzayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra “Araz”ın futbolçusu Elnur Alməmmədli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

 

Gənclər Liqasında “Keşlə” FK – “Zirə” matçının 80-cı dəqiqəsində “Zirə”nin futbolçusu Anar Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 88-ci dəqiqəsində “Zirə”nin futbolçusu Rəşid Rəcəbli və “Keşlə”nin futbolçusu Uğur Cahangirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər ikisi 3 oyun cəzalanıb.

 

Gənclər Liqasında “Səbail” FK – “Sabah” matçının 90+4-cü dəqiqəsində “Səbail”in futbolçusu Zeynal Əhməzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

Gənclər Liqasında “Tufan” FK – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Şirxan Həsənzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-17 Liqasında “Xəzər Lənkəran” – “Tufan” matçının 85-ci dəqiqəsində “Tufan”ın futbolçusu Nihad Seyidəli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.


U-17 Liqasında “Sumqayıt” – “Neftçi” matçının 83-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elçin Abasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

 

U-17 Liqasında “Mil-Muğan” – “Keşlə” matçının 65-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Nurlan Ağamirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 78-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Babək Yaqublu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-17 Liqasında “Zirə” – “Sabah” matçının 82-ci dəqiqəsində “Zirə”nin futbolçusu Həzrət İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-16 Liqasında “Viləş” – “Qarabağ” matçının 78-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Fidayə Əzizov və “Viləş”in futbolçusu Bəhmən İbadov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

 

U-12 Liqasında “Leon” - EFA matçında EFA komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-11 Liqasında “Şirvanovka” (Qusar) – “Quba” OK (Quba) matçında “Şirvanovka”nın heyətində yetərsay olmadığna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-11 Liqasında “Neftçi” İK İB – “Polad” FK matçında “Neftçi” İK İB klubunun məşqçiləri Tural Kərimov  və Orxan Məmmədov hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 2 oyun cəzalanıb. Oyunun 30-cu dəqiqəsində “Neftçi” İK İB klubu meydançanı özbaşına tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-11 Liqasında “Azəri” TİM – “Qoşqar-UGİM-2” matçında “Qoşqar-UGİM-2” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Baku Fire” – “Green Log” matçının 25-ci dəqiqəsində “Baku Fire” klubunun futbolçusu Elşən Zərbəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

 

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Sovetski” – “Metropoliten” matçının 8-ci dəqiqəsində “Sovetski”nin futzalçısı Elman Vəlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının U-19 – AZMİU matçının 23-cü dəqiqəsində AZMİU-nun futzalçısı İman Hüseynov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 29-cu dəqiqəsində U-19 komandasının futzalçısı Niyaz Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Xəbər xətti