Millimizin səfər planı

17:04 9 Oktyabr 2018

Oktyabrın 11-də UEFA Millətlər Liqasında səfərdə Farer adalarının qonağı olacaq millimiz bu gün səfərə yola düşəcək.

 

Sportarena.az xəbər verir ki, millimiz 17:25-də çarter reysiylə Danimarkaya, ordan isə Farer adalarına yollanacaq. Millimizin baş məşqçisi Qurban Qurbanovun sabah Bakı vaxtı ilə 13:00-da mətbuat konfransı təşkil olunacaq 13:30-da isə millimizin oyun öncəsi son məşqi baş tutacaq. Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

 

Qeyd edək ki, Farer adalarının qrupda 3, millimizin isə 2 xalı var.


Digər xəbərlər

Xəbər xətti