Kokorin və Mamayev həbs olundular

18:47 9 Oktyabr 2018

“Zenit”in  hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev həbs olunub.

 

Sportarena.az xəbər verir ki, bu haqda “REN TV” məlumat yayıb. Hər iki futbolçu dünən sərxoş halda Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya “Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyməkdə şübhəli bilinir. Kəllə-beyin travması alan sürücünün hazırda reanimasiyada olduğu bildirilir. Onların sürücünü striptiz-klubdan sərxoş halda çıxdıqdan sonra döydüyü iddia olunur.

 

Baş verən hadisə ilə bağlı artıq döyülmə maddəsi ilə cinayət işi açılıb.


Xəbər xətti