“Qarabağ” və “Neftçi” Avropanın məğlubedilməzləri sırasında

10:53 10 Oktyabr 2018

Futbol üzrə Azərbaycan Premyer Liqasında geridə qalan 7 turdan sonra iki məğlubedilməz komanda qalıb.

 

Sportarena.az xəbər verir ki, bunlar son ölkə çempionu “Qarabağ”la cari mövsümün lideri “Neftçi”di. Paytaxt klubu keçirdiyi 7 oyundan 6-da qalib gəlib, cəmi 1-də heç-heçə edibsə, bir oyunu təxirə salınmış Ağdam təmsilçisi 5 qələbə, 1 heç-heçəyə malikdi.

 

Avropanın aparıcı futbol çempionatlarında isə bütövlükdə 15 belə komanda var.

 

Həmin komandaların siyahısı ilə sizi də tanış edirik:

 

Zalsburq (Avstriya) - 10 oyun, 10 qələbə

PSJ (Fransa) - 9 oyun, 9 qələbə

Yuventus (İtaliya) - 8 oyun, 8 qələbə

PSV (Hollandiya) - 8 oyun, 8 qələbə

PAOK (Yunanıstan) - 6 oyun, 6 qələbə

Genk (Belçika) - 10 oyun, 8 qələbə, 2 heç-heçə

Mançester Siti (İngiltərə) - 8 oyun, 6 qələbə, 2 heç-heçə

Liverpul (İngiltərə) - 8 oyun, 6 qələbə, 2 heç-heçə

Çelsi (İngiltərə) - 8 oyun, 6 qələbə, 2 heç-heçə

Borussiya (Dortmund, Almaniya) - 7 oyun, 5 qələbə, 2 heç-heçə

Benfika (Portuqaliya) - 7 oyun, 5 qələbə, 2 heç-heçə

Braqa (Portuqaliya) - 7 oyun, 5 qələbə, 2 heç-heçə

Ferentsvaroş (Macarıstan) - 10 oyun, 7 qələbə, 3 heç-heçə

Slovan (Slovakiya) - 11 oyun, 8 qələbə, 3 heç-heçə

Atromitos (Yunanıstan) - 6 oyun, 5 qələbə, 1 heç-heçə


Digər xəbərlər

Xəbər xətti