Azərbaycanlı məşqçi İran klubunda

11:14 10 Oktyabr 2018

Azərbaycanlı mütəxəssis Adil Mahmudov karyerasını İrana bağlayıb.

 

Sportarena.az xəbər verir ki, son 1,5 ildə fəaliyyətini Gürcüstana həsr edən baş məşqçi birinci liqa təmsilçisi "Qardabani"nin sükanı arxasından ayrılıb və Arazın o tayına keçib.

 

Mahmudov "Saxdan Fulad"la müqavilə bağlayıb. İranın II divizionunda mübarizə aparan klubla anlaşmanın müddəti 1 ildi.


Xəbər xətti