“CBC Sport”un rəhbərinin həyat yoldaşı: "Geciksəydik, ölə bilərdi”

12:36 10 Oktyabr 2018

Xəbər verdiyimiz kimi, “CBC Sport” telekanalının baş direktoru Volkan Üst infarkt keçirib.

 

Sportarena.az xəbər verir ki, onun həyat yoldaşı, keçmiş aparıcı Özgə Uzun Türkiyənin “Teve2” telenakanalında yayınlanan “İkinci səhifə” verilişinə qonaq olarkən bu haqda danışıb:


“O, infarkt keçirdi, çox ciddi vəziyyət idi. Bazar günü əməliyyata girdi, amma cümə günündən problem vardı.Mən həkimdən görüş almışdım, getməmişdi. Şənbə günü yüksək təzyiqi vardı. Artıq bazar günü özünü çox pis hiss etdi. Təcili xəstəxanaya getdik.Dərhal onu təcili yardıma aldılar, sistem qoşdular, qusmağa başladı. Təzyiqi düşmədi. Türkiyə səfirinə zəng vurdum, sağ olsun, dərhal kömək etdi.Orda həmişə yanımızda oldular. Bizi başqa xəstəxanaya yönləndirdi. Getdiyimiz xəstəxana “dərhal anju olması lazımdı” dedi. Amma təzyiqi yüksəl olduğundan, əməliyyata girə bilmirdi… Bunun üçün ərimə tez-tez dərman verdilər”.

 

Uzun həkimlə danışdıqdan sonra həyat yoldaşını bir daha görməyəcəyini düşündüyünü bildirib: “Sizin razılığınız lazımdır” dedilər, mən hələ normalam, sakitəm.Sonra həkim “Çox riskli durumdan söhbət gedir, ərinizlə hər ehtimala qarşı son dəfə danışmaq istəyərsinizmi?” dedi. Ərimin yanına gedəndə həkim “amma qorxutmayın” söylədi.

 

Ərimin yanından çıxdıqdan sonra həkim gəldi, “Zəng etməli olduğunuz yerlər varsa, zəng vurun, çox riskli əməliyyatdır” dedi. Sonra əməliyyat oldu və ərim sağ-salamat çıxdı. Həkimimizə çox təşəkkür edirəm. Ərimin həyatını öncə Allaha, sonra onlara borcluyam. Səfirimiz və həyat yoldaşı gəldi. Bizimlə çox maraqlandılar”.

 

Türkiyənin NTV, FOX, “CNN Türk”, “Kanaltürk”, “TV8” və “TRT Haber” telekanallarında çalışmış Uzun onu da bildirib ki, xəstəxanaya gec aparsaydılar, ərini bir daha görə bilməyəcəkdi:

 

“Əməliyyatı çox riskli idi, damarı parçalanmaq üzrə imiş. Allah qorudu ərimi. O, əməliyyatda olarkən, “Allahım, çox gəncdir, hələ 45 yaşındadır, övladlarına bağışla” deyə dua etmişdim…İnsan çox qəribə şeylər düşünür… Mən də o an “Görəsən, bizim ortaq bank kodumuz nə idi?” deyə düşündüm. Çünki bir şey olsa, pula ehtiyacım olacaqdı. İnsan o anda çox qəribə düşüncələr içərisinə girir. Çox şükür ki, bunların heç birinə ehtiyac qalmadı. Volkan əməliyyatdan çıxdı, amma üç gün reanimasiyada qaldı. Oyananda “İşığı gördüm, gəldim” dedi. O axşam xəstəxanaya aparmamış olsaydıq, sabahı görməyəcəkmiş. “İki saat belə geciksəydiniz, çox pis olardı” dedilər”.

 

39 yaşlı Özgə Uzun artıq ərinin hər şeyə diqqət etdiyini, dərmanlarını vaxtında atdığını bildirib. Həkim isə Volkan Üstə tapşırıb: “Digər damarlarının durumu da çox yaxşı deyil. Özünə diqqət etməlisən”.

 

Volkan Üst 2016-cı ilin yanvarından “CBC Sport”un baş direktoru vəzifəsinə təyin olunub. Ötən il boşandıqdan sonra yenidən bir araya gələn bu cütlüyün toyu Türkiyənin Azərbaycandakı səfirliyində baş tutub.


Digər xəbərlər

Xəbər xətti