Malta millisinin üzvü: "Bizi Bakıda çətin oyun gözləyəcək"

Sportarena.az      10 Oktyabr 2018, 13:40

"Komandamız qrupda hər bir rəqibdən xal və xallar ala bilər".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında yımamızın rəqibi olan Malta millisinin müdafiəçisi Andre Aqius deyib. 32 yaşlı futbolçu qrupda Kosovonu favorit görür: "Kosovonun güclü heyətə malik olduğunu bilirik. Bu cür yarış üçün yüksək səviyyəli oyunçulardan ibarət komandaları var. Buna baxmayaraq, Kosovo ilə oyunlarda komandamıza inanıram. Bizi tənqid edənlərə yaxşı cavab olaraq, rəqibi büdrədə bilərik. Kosovonun futbolçuları Avropanın güclü çempionatlarında mübarizə aparır. Onlar qrupda favoritdirlər".

 

Təcrübəli futbolçu millimizlə keçirəcəkləri oyuna da toxunub: "Biz Bakıda çətin oyun gözləyəcək. İki vacib sınaqdan yaxşı nəticələr qazanmaq istəyirik. Səfər oyunları bizim üçün həmişə çətin vəzifə olub".

 

Qeyd edək ki, Malta millisi sabah Kosovo ilə, oktyabrın 14-də isə Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin